15 sentyabr - Bilik günüdür
15 sentyabr - Bilik Günü ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində olmuş, şagirdlər, valideynlər və müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları təbrik etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli yeni dərs ilinin ilk günündə Bakı şəhəri, Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park” yaşayış kompleksində yeni məktəb binasında fəaliyyətə başlayan Laçın rayonunun 29 nömrəli tam orta məktəbin pedaqoji kollekti ilə görüşmüşdür. Keçirilmiş tədbirdə rayonun pedaqoji kollektivi bu əlamətdar gün münasibəti ilə təbrik edilmiş, onlara fəaliyyətlərində uğurlar arzulanmışdır. Müstəqilliyimizin ilk illərindən təhsilə olan dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu bildirən rayon rəhbəri, bu işin dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini,Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə gənc nəslin hərtərəfli inkişafına xüsusi qayğı göstərildiyini, bunun nəticəsində ölkə gənclərinin ölkəmizin və dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda bildirilmişdir ki, 2018-2019-cu dərs ilində 11-ci sinfi bitirən 877 nəfər məzundan 664 nəfəri ali məktəblərə qəbul imtahanlarda iştirak etmiş, onlardan 433 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Tələbə adına layiq görülən məzunlardan 67 nəfər 500-dən o, cümlədən 14 nəfər 600- dən çox bal toplamışdır. Rayonun 33 saylı məktəbinin məzunu Toğrul Anar oğlu Ələkbərzadə isə abutruyentlər arasında xüsusilə fərqlənərək 689 bal toplayaraq yüksək nəticəyə nail olmuşdur. Bununla yanaşı 2019-ci ildə respublikanın orta ixtisas təhsili müəssisələrinə 78 nəfər qəbul olmuşdur ki, buda ötən ilki nəticələrdən yüksəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli xüsusi ilə vurğulamışdır ki, qaçqınların və məcburi köçkünlərin bütün qayğılarını daima diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində rayonun 2019-2020-ci dərs ilinə 3-ü modul tipli olmaqla 11 ümumtəsil məktəbi müasir tipdə işa edilmiş yeni məktəb binalarında fəaliyyətə başlamış digər məktəblərdə isə əsaslı və cari təmir işləri aparıldığı, həmçinin 9 məktəb üçün yeni məktəb binalarının işasının davam etdirildiyi bildirilmişdir.
Bilik günü ilə bağlı keçirilən bütün tədbirlərdə rayonun pedaqoji kollektivləri təhsilə və pedaqoji işçilərə göstərdiyi davamlı diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.