Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
2019-cu il 13 sentyabr tarixində-günün ikinci yarısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Sabirabad rayonunun ərazisində Peşə liseyinin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli sakinlər qarşısında çıxış edərək ötən dövr ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, bu qayğının davamı olaraq hazırda Taxta Körpü ərazisində 645 ailəlik 3 yeni qəsəbənin inşasının sürətlə davam etdirildiyini məcburi köçkünlərin diqqətinə çatdırmışdır.
Görüşdə rayon rəhbəri həmin ərazidə müvəqqəti məskunlaşmış laçın rayon sakinlərinin gündəlik qayğıları ilə maraqlanmış, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə müraciətləri birlikdə müzakirə edilmiş, müvafiq Dövlət Proqramına uyğun, mərhələli qaydada köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması onlara izah edilmişdir.
Rayon sakinləri keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.