Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2013-cü ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı geniş yığıncaq keçirilmişdir

23 aprel 2013 | 15:00

22  aprel  2013-cü  il tarixdə  Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  “Laçın rayonu üzrə   2013-cü  ilin  I rübündə  görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı geniş yığıncaq keçirilmişdir. Yığıncaqdan əvvəl rayon ictimaiyyətinin   nümayəndələri  tərəfindən Rayon  İcra  Hakimiyyətinin  inzibati binası qarşısında Ulu öndər Heydər Əliyevin ucaldılmış büstü önünə gül dəstələri qoyulmuşdur.  Yığıncağı  giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif  Səlimov   məruzə ilə çıxış edərək, ötən dövr ərzində  Möhtərəm  Prezident  İlham  Əliyev  cənablarının  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrdən danışılmışdır. Məruzədə  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən respublikanın müxtəlif rayon və şəhərlərində 21 yerdə səyyar qəbulların keçirilərək 800 nəfər rayon sakininin  qəbul edildiyi, sakinlərin problemləri ilə bağlı Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavini, bir sıra Nazirlik və Komitə sədrləri ilə görüşlərin keçirildiyi və  bir çox problemlərin həllinə nail olunduğu qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, hesabat dövründə Taxta-körpü qəsəbəsi və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə başlanılmış tikinti-abadlıq işləri  davam etdirilir.  Qəsəbə ərazisindəki Şəhidlərin Abidə Kompleksinin ətrafında abadlıq işləri aparılmış, ərazidə   612 ədəd müxtəlif  növ ağac, 5 minə yaxın gül və həmişəyaşıl kol əkilmişdir. Hesabat dövründə rayon Təhsil şöbəsinin inzibati binasının tikintisi başa çatmışdır. 2013-cü ilin birinci rübündə Taxta-körpü ərazisindəki avtomobil yollarının 40 km-lik hissəsində cari təmir işləri görülmüş, 1650 m2 yola, küçə və meydanlara  asfalt örtük verilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə Vağazin obasında  5 km uzunluğunda çınqıl örtüklü avtomobil yolu əsaslı təmir edilmişdir.  Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində rüb ərzində  şəbəkədə 750 metr uzunluğunda boru yenisi ilə əvəz edilmiş, 1 ədəd elektrik nasosu əsaslı təmir olunmuşdur. Rayon Sukanal idarəsinə 1 ədəd yeni “Şevrolet” markalı avtomobil,  4 km - dən çox  təchizat materialı alınmışdır.  2013-cü ilin birinci rübündə  rayonun 65 min nəfər sakininə  yemək xərci müavinəti,  3496  nəfərə əmək pensiyası, 1670 nəfərə sosial  müavinət və təqaüd ödənilmiş,  30  nəfərə isə işsizlik müavinəti   təyin  edilmişdir.  Hazırda orta aylıq məbləği  109  manat olmaqla 1886  nəfər ailə üzvünü əhatə edən 371  ailəyə   ünvanlı sosial yardım ödənilir.
Laçın rayonunda əhali və fermer təsərrüfatlarında 01 aprel 2013-cü il tarixə 34 010 baş iri buynuzlu, 199 697 baş xırdabuynuzlu heyvanlar  olmuşdur ki,  bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Hesabat məruzəsində görülmüş işlərlə yanaşı mövcud çatışmazlıqlar da qeyd olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
          Məruzə   ətrafında   Rayon Vergilər şöbəsinin müdiri, Rayon Rabitə Qovşağının rəisi, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri çıxış edərək rəhbərlik etdikləri  sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılmışdır.
          Yığıncaqda Azərbaycan Respublikası Prezident  Administrasiyasının məsul işçisi cənab Rövşən Ağayev çıxış etmişdir. Çıxışında  Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan danışan Rövşən Ağayev rayonda görülmüş işlərə öz münasibətini bildirməklə qarşıda duran vəzifələrlə bağlı öz tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər