Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon Şamkənd kənd musiqi məktəbinin kollektivinə Azərbaycan professional vokal sənətinin banisi Bülbül haqqında kitab hədiyyə olunmuşdur.

23 aprel 2013 | 15:00

22  aprel  2013-cü  il tarixdə  Taxta  körpü  qəsəbəsində  fəaliyyət  göstərən Şamkənd kənd musiqi məktəbində Rayon İcra Hakimiyyətinin  başçısı Akif Səlimovun  və  Azərbaycan  Respublikası  Prezident  Administrasiyasının məsul işçisi  Rövşən Ağayevin   müəllim-şagird   kollektivi ilə  görüşü keçirilmişdir.
Görüş zamanı  Azərbaycan  Respublikası  Prezident  Administrasiyasının məsul işçisi  Rövşən Ağayev tərəfindən   Azərbaycan professional vokal sənətinin banisi Bülbül  haqqında  həyat yoldaşı A.Məmmədovanın  müəllifi olduğu “ Bizim Bülbül - Dünyanın Bülbülü ”  kitabı musiqi məktəbinə  hədiyyə  edilmişdir. Görüş tədbir  iştirakçılarında  yüksək əhval-ruhiyyə yaratmışır.  Görüşün  sonunda    məktəbin  kollektivi ilə xatirə şəkli çəkilmişdir.

Keçidlər