Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildi
2019-cu il 21 avqust tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının iclas zalında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qrafik üzrə növbəti qəbulu keçirildi. Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirilən qəbulda müraciət edərək qəbula yazılmış 22 nəfər rayon sakini ayrı-ayrılıqda dinlənilmişdir. Sakinlərin müraciətlərində göstərilən məsələlər ətraflı dinlənilmiş, onlardan həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı dərhal aidiyyəti üzrə tapşırıq verilərək, icrası nəzarətə götürülmüş, müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahat və düzgün istiqamət verilmişdir.
Rayon sakinləri onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər