Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi 2019-cu il iyulun 5-də istifadəyə verilmişdir.

05 iyul 2019 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin yaşayış kompleksinin açılışında iştirak ediblər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, ona edilmiş Əlavələrə, eyni zamanda Azərbaycan Prezidentinin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamın müvafiq bəndinə əsasən 2018-ci ildə Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı qəsəbəsində 306 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni yaşayış kompleksinin tikintisinə başlanılmış, cari ildə yeni yaşayış məhəlləsində iki ədədi 72 mənzildən və bir ədədi 162 mənzildən ibarət 3 ədəd 9 mərtəbəli yaşayış binası və həmçinin 220 şagird yerlik məktəb binası inşa olunmuşdur. Pirallahı qəsəbəsi ərazisində inşa edilmiş yaşayış məhəlləsindəki 220 yerlik məktəb binası Laçın rayonuna verilmişdir.

Keçidlər