Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 2019-cu ildə becərdikləri taxıl sahələrindən 2 500 tondan artıq taxıl məhsulu əldə etmişlər.

04 iyul 2019 | 16:00

  Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki obalarda becərilmiş arpa və buğda sahələrində biçin kampaniyası başa çatdırılmışdır.
   Artıq 2019-cu il 1 iyul tarixinə ümumilikdə 1100,6 ha sahədə biçin aparılmışdır ki,   onlardan da 1021,6 hektarı arpa, 79 hektarı buğda sahəsi olmuşdur. Biçin aparılmış sahələrdən ümumilikdə 2545,4 ton məhsul əldə olunmuşdur. Rayon üzrə orta məhsuldarlıq hər hektardan 23,1 sentner təşkil etmişdir.
   Rayon üzrə ən çox məhsul Taxta Körpü ərazisindəki Qarıqışlaq (622,5 ton), Alxaslı (452,7 ton) və Malıbəy (319,7 ton) obalarında əldə edilmişdir.

Keçidlər