Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

21 iyun 2019 | 16:00

   2019-cu il 21 iyun tarixində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzinbati binasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli 886 nömrəli Sərəncamının tarixi əhəmiyyətindən danışaraq bildirmişdir ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Natiq eyni zamanda bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının təşkilatçılığı və rayonun ümumtəhsil məktəbləri və mədəniyyət müəssisələri ilə birlikdə ictimai-fəlsəfi şerləri ilə Azərbaycan ədəbiyyatında xüsusi yer tutan, klassik mütəfəkkir, şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin X və XI sinif şagirdləri arasında bədii qiraət müsabiqəsi keçirilmiş, münsiflər heyəti tərəfindən müsabiqə iştirakçılarının qiymətləndirilməsi aparılmış, üçüncü, ikinci və birinci yerlərin qalibləri müəyyənləşdirilmişdir.

   Tədbirdə "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi"nə həsr olunmuş bədii qiraət müsabiqəsinin qaliblərinə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər