Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart azərbaycanlıların soyqırımı günü Laçınlı köçkünlər tərəfindən anılmışdır.

31 mart 2013 | 16:00

30  mart 2013-cü il tarixdə Rayon İcra  Hakimiyyətinin təşkilatçılığı ilə  Taxta körpü  qəsəbəsində  geniş rayon ictimaiyyətinin  nümayəndələrinin iştirakı ilə  qəsəbədəki  “Şəhidlərin xatirə  kompleksi”  qarşısında 31 mart azərbaycanlıların   soyqırımı günü ilə bağlı  ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə laçınlılar  “Şəhidlərin xatirə  kompleksi”ni  ziyarət etmiş, önünə gül dəstələri  qoymuşlar.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin  inzibati  binasının  konfrans zalında davam etdirilmişdir. Soyqırım  qurbanlarının  xatirəsi bir  dəqiqəlik  sükutla  yad olunduqdan sonra, Rayon İcra Hakimiyyətinin başçısı   Akif  Səlimov  31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı mərasim iştirakçılarına məlumat  vermiş və erməni millətçiləri tərəfindən xalqımıza qarşı keçirilən soyqırım və təcavüz siyasətinə  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hüquqi qiymət verildiyini  bildirmişdir. Eyni  zamanda  rayon rəhbəri qeyd etmişdir ki, erməni millətçilərinin  törətdiyi soyqırım kimi cinayətləri dünya  dövlətlərinin  parlamentləri, beynəlxalq  təşkilatları tərəfindən tanınmasına Prezident İlham Əliyevin ölkədə apardığı çoxşaxəli  siyasət  sayəsində nail olunmuşdur.
Tədbirdə çıxış edən rayon  ictimaiyyətinin nümayəndələri də   Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz  qalmalarını, doğma yurdlarından sürgün edilmələrini  və didərgin salınmasını  XX əsr tarixinin ən faciəli və dəhşətli hadisəsi olduğunu bildirmişlər. Lakin hazırda Ulu Öndər Heydər Əliyevin layiqli siyasətinin davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu  daxili və xarici siyasət nəticəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə və tezliklə torpaqlarımıza qayıdacaqlarına əminliklərini  bildirmişlər.

Keçidlər