Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir.

12 iyun 2019 | 16:00

  12.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul etmişdir.

    Qəbulda 47 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu əsasən torpaq məsələsi, Taxta Körpü ərazisində qəsəbə tikintisinin başlaması ilə bağlı minnətdarlıq, həmçinin digər obalarda da müvəqqəti məskunlaşan köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün qəsəbə tikintisinin davam etdirilməsinə köməklik olunması, obalar ərazisindəki içməli su xəttlərinin yenilənməsi, Taxta Körpü ərazisindəki obalarda yarımçıq qalmış yol tikintisi lahiyələrinin davam etdirilməsi, vahid aylıq müavinətin bərpasına köməklik olunması, birdəfəlik maddi köməklik edilməsi, müalicə məsələlərinə köməklik olunması, yaşayış evlərinin təmiri, veteran vəsiqəsinin verilməsi, gənclərin ayrı təsərrüfat kimi qeydə alınmasına köməkdarlıq olunması, işlə təmin olunma, özünüməşğulluq proqramına cəlb edilmə, Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbəyə təsərrüfat suyunun çəkilməsi məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər. Qəbulda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov da iştirak etmişdir.

Keçidlər