Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü ilə bağlı tədbir keçirilmişdir.

27 may 2019 | 16:00

    27 may 2019-cu il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxta Körpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın Rayon təşkilatının birgə  təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
    Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasının konfrans zalında başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov açıq elan etdikdən sonra, 28 May- Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə bağlı respublikamızda və rayonda keçirilən tədbirlərdən danışmışdır. Natiq eyni zamanda dövlətçiliyimiz tarixindən, eləcədə bütün türk dünyasında və Şərqdə ilk dəfə olaraq parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs etmiş, Cümhuriyyət xadimləri arasında iki nəfərin-Xosrovbəy Sultanbəyov və Nurməmməd bəy Sahsuvarov kimi həmyerlilərimizin olmasını qeyd edərək qısa müddət ərzində Cümhuriyyət xadimlərinin böyük işlər gördüklərini vurğulamışdır. İ.İlyasov Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılan müasir Azərbaycan dövlətinin xalqımızın Ulu Öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
    Tədbirdə digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycan xalqının ən parlaq qələbəsi olduğunu qeyd edərək, müstəqil dövlətimizin uğurlarından fərəh hissi keçirdiklərini bildirmişlər.

Keçidlər