Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Laçın rayonunun 32 nömrəli tam orta məktəbində olmuşdur.

25 aprel 2019 | 16:00

   2019-cu il 25 aprel tarixdə Mehriban xanım Əliyeva Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici dillər gimnaziyasına səfəri zamanı həmin gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən Laçın rayonunun 32 nömrəli tam orta məktəbində mövcud şəraitlə tanış olmuşdur.
    Məktəbin direktoru Samirə Həsənova Mehriban xanım Əliyevaya məktəb haqqında ətraflı məlumat vermiş, təhsil ocağının 1993-cü ildən bu binada fəaliyyət göstərdiyini, məktəbdə əsasən məcburi köçkün ailələrindən olan uşaqların, həmçinin Bakı şəhəri Xəzər rayonu ərazisində yaşayan uşaqların təhsil aldığını bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, məktəbdə 170 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur, məktəbdə 10 nəfər texniki işçi çalışır. 2017-2018-ci tədris ilində məktəbi 9 məzun bitirib, onlardan 7 nəfəri yüksək nəticə göstərərək Azərbaycanın ali məktəblərinə qəbul olmuşdur.
     Sinif otaqlarına baş çəkən Mehriban xanım Əliyeva şagirdlərlə səmimi söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
  Daha sonra Mehriban xanım Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi köçkünlər üçün yaradılan şəraitlə maraqlanmış, dövlətin bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirmişdir.
    Birinci vitse-prezident Mehriban xanım Əliyeva Laçın rayonunun 32 nömrəli tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını vermişdir

Keçidlər