Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Aprel döyüşlərinin üçüncü ildönümü ilə bağlı şəhid Ülvin Məmmədovun məzarı ziyarət olunmuşdur.

06 aprel 2019 | 16:00

Şanlı Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə 2019-cu il aprelin 6-da Laçın rayon sakinlərinin   müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi obasında  Azərbaycan Ordusunun əsgəri, aprel döyüşləri zamanı şəhid olmuş Ülvin Camaləddin oğlu Məmmədovun  məzarı önündə anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Coxsaylı rayon sakinlərinin, ictimaiyyət nümayəndələrinin və şəhidin yaxınlarının iştirak etdikləri mərasimdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Ölkə Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusunun  aprel döyüşlərində qazandığı qələbə barədə geniş məlumat verdi. Mərasim iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan əsgəri 2016-cı ilin aprelində əldə etdiyi qələbə nəticəsində  ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi.  Rayon rəsmisi,  bu gün Cocuq Mərcanlıdan Şuşaya doğru şüarı ilə başlanan qayıdışın Böyük Qayıdışın təməli olacağına əminliyini bildirdi. Natiq çıxışında  Ülvin Məmmədovun valideynlərinə belə vətənpərvər övlad böyütdüklərinə görə minnətdarlıq edərək daim onlarla birgə olacaqlarını, xalqımız tərəfindən  torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsinin həmişə dərin hörmətlə anılacağını bildirdi.
Tədbirdə digər çıxş edən ictimaiyyət nümayəndələri də ordumuzun güclənməsindən və əsgərlərimizin göstərdiyi sücayətdən qürur duyduqlarını, işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsinə əminliklərini bildirdilər.
Sonra mərasimdə  çıxış edən şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıdan danışaraq buna görə ölkə Prezidenti cənab İlham Əliyevə ailələri adından minnətdarlığını bildirərək övladları ilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildirdilər.

Keçidlər