Taxtakörpü qəsəbəsində Xocalı faciəsinin 21-ci ildönümü qeyd olunmuşdur.
Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı müvafiq tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilmişdir.
Fevral ayının 10-dan başlayaraq, rayonun idarə, müəssisə və təşkilatlarında, həmçinin kənd icra nümayəndəliklərində, bütün ümumtəhsil məktəblərində Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr olunmuş tədbirlər keçirilmiş, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində fevralın 25-də Xocalı faciəsinə həsr edilmiş xüsusi dərsin aparılması təmin olunmuşdur.
Yekun olaraq 26 fevral 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta körpü qəsəbəsində fəaliyyət göstərən idarə və müəssisələrin, ərazidə fəaliyyət göstərən bütün məktəblərin iştirakı ilə “Şəhidlərin xatirə kompleksi” nin qarşısında geniş ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsinə dualar oxunmuş, faciənın acı nəticələrini özündə əks etdirən stendə baxış keçirilmiş, rayon sakinləri və məktəblilər Xocalı faciəsindən bəhs edən kitablarla tanış olmuşlar. “Şəhidlərin xatirə kompleksi” ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur.
26 fevral 2013-cü il tarixdə Bakı şəhərində Laçın rayon ictimaiyyəti nümayəndələrinin Xətai rayonu ərazisində Хоcаlı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xatirə abidəsini ziyarət etmələri təşkil olunmuşdur.
Tədbirlər Planına uyğun olaraq, 26 fevral günü saat 17:00-da rayon sakinlərinin məskunlaşdıqları ərazilərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.