Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - “Azərbaycanlıların soyqırımı günü” ilə bağlı ümumrayon tədbiri keçirilmişdir

30 mart 2019 | 16:00

     30 mart 2019-cu il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə, qəsəbə ərazisindəki laçınlı şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” qarşısında 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunduqdan sonra 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırım və təcavüz siyasətinə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyi, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyət daşıdığını bildirilmişdir. Eyni zamanda vurğulanmışdır ki, erməni millətçilərinin törətdiyi soyqırım kimi cinayətləri dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatları tərəfindən tanınmasına ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasət sayəsində nail olunmuşdur.
  Sonra tədbir rayon ictimaiyyətinin nümayəndələri tərəfindən qəsəbədəki laçınlı şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi”nin ziyarət olunması və  abidə önünə tər gül dəstələrinin düzülməsi ilə davam etdirilmişdir.

Keçidlər