Şriftin ölçüsü :

Saytın rəngi :

Taxta Körpü qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.

16 mart 2019 | 16:00

     2019-cu il 16 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir. Saat 10:00-da təşkil olunan yarmarkada yerli məhsul istehsalçıları tərəfindən alıcılara 24 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilmişdir. Məhsullar bazar qiymətlərindən 15-20 faiz ucuz satılmışdır. Yarmarkanın keçirilməsində əsas məqsəd istehsalçıların məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.
      Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul işçiləri satış yarmarkasına gələrək məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanmışlar.
      Laçınlı məcburi köçkünləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

Keçidlər