Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

25 fevral 2019 | 16:00

   25 fevral 2019-cu il tarixdə  Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının rəhbərliyi ilə Ağcabədi rayonu Taxta Körpü ərazisində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Partiya fəallarının iştirakı ilə qəsəbə ərazisindəki “Şəhidlərin xatirə kompleksi” ziyarət olunmuş, abidə önünə tər qərənfillər düzülərək xatirələri ehtiramla yad edilmişdir.
    Sonra tədbir Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasının konfrans zalında davam etdirilmişdir. XX əsrin ən ağır faciəsi kimi tarixə düşən Xocalı soyqırımı zamanı şəhid olan bütün soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri - Laçın rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salaraq, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa  qarşı törədilən qatı cinayət olduğunu bildirmişdir. Natiq eyni zamanda bildirmişdir ki, bu dəhşətli faciənin real qiyməti Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlanılmış, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu missiya uğurla davam etdirilərək, faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunmuşdur.Bu faciənin Beynəlxalq aləmdə ictimailəşməsində Ölkənin birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın xidmətlərindən bəhs edən İ.İlyasov eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə  “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Xocalı həqiqətlərinin  dünyaya çatdırılmasında müstəsna əhəmiyyətini xüsusilə vurğulanmışdır.
    Tədbirdə digər çıxış edənlər də o qanlı gecəni erməni faşizminə qarşı nifrətlə xatırlayaraq həmin hadisənin heç zaman yadaşlardan silinməyəcəyini, bu hadisələrin bir daha təkrarlanmaması üçün ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, hər bir ailədə xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsini vurğulamış, hər bir azərbaycanlı vətəndaşının narahat şəhid ruhları qarşısında borclu olmaqla hər an mübarizəyə hazır olmaları xüsusi ilə qeyd etmişlər.

Keçidlər