Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsində keçirilmişdir.

15 fevral 2019 | 16:00

2019-cu il 15 fevral tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsi ərazisində  fəaliyyət göstərən şəhid V. Niftəliyev adına Laçın rayonunun İmanlar kənd tam orta məktəbinin inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi   köçkünlərlə görüşü-səyyar  qəbulu keçirilmişdir. 60 nəfər laçınlı məcburi köçkünün qatıldığı görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin böyük bir inkişaf yolu keçdiyini, ölkə iqtisadiyyatının son 15 ildə  3.2 dəfə,  qeyri-neft iqtisadiyyatının  2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirmişdir. Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğulamışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər  məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələr salınmış, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Səyyar qəbulda 13 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün  aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları  iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə  öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər