Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Hacılar obasında görüş-səyyar qəbul keçirilmişdir
2019-cu il 7 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağcabədi rayonu Taxtakörpü ərazisindəki Hacılar obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Laçın rayonunun E. Məhərrəmov adına Hacılar kənd tam orta məktəbin binasında görüşü-səyyar qəbulu keçirilmişdir.
42 nəfər laçınlı məcburi köçkünün qatıldığı görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri çıxışında, ölkə üzrə məcburi köçkünlərin xüsusilə laçınlı köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görüldüyünü yüzlərlə laçınlı köçkün ailəsinin yeni mənzillərlə təmin edildiyini qeyd etmiş, laçınlılar adından ölkə başçısına minnətdarlığını bildirərək, bu sahədə işlərin davam etdiriləcəyini də görüş iştirakçılarının nəzərinə çatdırmışdır. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri , diplomatiya sahəsindəki uğurları qeyd edərək işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Səyyar qəbulda məcburi köçkünlərin içməli su xəttinin cari təmir olunması, təsərrüfat su kanalının lildən təmizlənməsi və elektrik enerjisin gərginliyin artırılması ilə bağlı müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndəlyin əməkdaşları iştirak etmişlər. Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə daim həssaslıqla yanaşdığına görə Ölkə rəhbərinə və Laçın Rayonu İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.