Taxta Körpü qəsəbəsi ərazisindəki Sonasar obasında quraşdırılması başa çatdırılmış modul tipli məktəb binasının açılış mərasimi olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılacaq modul tipli 8 məktəbdən 3-ü Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları, Ağbulaq kənd tam orta, Sonasar və Katos kənd ümumi orta məktəbiləridir.
Sərəncamdan ötən müddət ərzində məktəblərin tikintisinə başlanılmış, Ağbulaq kənd tam orta və Sonasar kənd ümumi orta məktəblərinin tikintisi tezliklə başa çatdırılmışdır.
2019-cu il 1 fevral tarixində quraşdırılması başa çatdırılmış Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində müvəqqəti fəaliyyət göstərən rayonun şəhid Mətləb Muradov adına Sonasar kənd ümumi orta məktəbinin açılış mərasimi keçirilmişdir. Məktəbin pedaqoji kollektivinin, şagirdlərin, valideyinlərin, kənd sakinlərinin, məktəbin adını daşıdığı şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı açılış tədbirində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəbin yeni modul tipli binasının açılışı münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri, eyni zamanda bütün kənd sakinlərini təbrik etmişdir. Rayon rəhbəri məcburi köçkünlərə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının, məhz bu gün də Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirldiyindən danışaraq bildirmişdir ki, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 90-dan artıq müasir yaşayış kompleksi və qəsəbə salınmış, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir. Rayon rəhbəri çıxışında həmçinin vurğulamışdır ki, məcburi köçkünlər digər sahələrlə yanaşı Ölkə Prezidenti İlham Əliyevin təhsil sahəsinə də olan sonsuz diqqət və qayğısı ilə əhatə olunublar.
Sonra tədbirdə iştirak edən məktəbin pedaqoji kollektivinin nümayəndələri, kənd sakinləri, məktəbin adını daşıdığı şəhid Mətləb Muradovun ailə üzvləri onlara yaradılan bu şəraitə görə Ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.
Daha sonra məktəbin sinif otaqlarına baxış keçirilmiş, yardılan şərait tədbir iştirakçıları tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
40 şagird tutumu olan modul tipli məktəbdə 5 tədris üçün otaq, 1 müəllimlər otağı mərkəzləşdirilmiş istilik sistemi mövcuddur.