Şriftin ölçüsü :

Saytın rəngi :

Taxta Körpü qəsəbəsi ərazisindəki Ağbulaq obasında quraşdırılması başa çatdırılmış modul tipli məktəb binasının açılış mərasimi olmuşdur

01 fevral 2019 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılacaq modul tipli 8 məktəbdən 3-ü Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları, Ağbulaq kənd tam orta, Sonasar və Katos kənd ümumi orta məktəbiləridir.
    Sərəncamdan ötən müddət ərzində məktəblərin tikintisinə başlanılmış, Ağbulaq kənd tam orta və Sonasar kənd ümumi orta məktəblərinin tikintisi tezliklə başa çatdırılmışdır.
    2019-cu il 1 fevral tarixində quraşdırılması başa çatdırılmış Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində müvəqqəti fəaliyyət göstərən rayonun şəhid Əmir Əsgərov adına  Ağbulaq kənd tam orta məktəbinin açılış mərasimi keçirilmişdir. Məktəbin pedaqoji kollektivinin, şagirdlərin, valideyinlərin, kənd sakinlərinin, məktəbin adını daşıdığı şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı açılış tədbirində  iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəbin yeni modul tipli binasının açılışı münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri, eyni zamanda bütün kənd sakinlərini təbrik etmişdir. Təhsil sahəsinə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının, məhz bu gün də Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirldiyindən danışan rayon rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması sahəsində misilsiz xidmətlərinin olduğunu bildirmişdir.
    Sonra tədbirdə iştirak edən məktəbin pedaqoji kollektivinin nümayəndələri, kənd sakinləri, məktəbin adını daşıdığı şəhid Əmir Əsgərovun ailə üzvləri onlara yaradılan bu şəraitə görə Ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.
     Daha sonra məktəbin sinif otaqlarına baxış keçirilmiş, yardılan şərait tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanmışdır.
     56 şagird tutumu olan modul tipli məktəbdə 7 tədris üçün otaq, 1 müəllimlər otağı, mərkəzləşdirilmiş istilik sistemi mövcuddur.

Keçidlər