Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində keçirilmişdir

25 yanvar 2019 | 16:00

      2019-cu il 25 yanvar tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində fəaliyyət göstərən Laçın rayonunun 45 nömrəli tam orta məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi   köçkünlərlə görüşü-səyyar  qəbulu keçirilmişdir. 72 nəfər laçınlı məcburi köçkünün qatıldığı görüş-səyyar qəbulda çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin böyük bir inkişaf yolu keçdiyini, ölkə iqtisadiyyatının son 15 ildə  3.2 dəfə,  qeyri-neft iqtisadiyyatının  2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirdi. Bununla yanaşı  ölkə iqtisadiyyatının əsas prioritet sahələrdən biri kimi kənd təsərrüfatının inkişafında  1.7 dəfə artıma nail olunması ilə ölkəmizdə  qeyri-neft ixracatının  4.1 dəfə artmasını vurğulayan rayon rəhbəri  son 15 ildə  Azərbaycanın valyuta ehtiyatlarının  ilbəil yüksələrək 2018-ci ildə 45 milyard dollara çatdırılmasını ölkə başçısının uzaqgörən iqtisadi siyasətinin nəticəsi olduğunu bildirdi. Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər  məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 90-dan artıq müasir yaşayış kompleksi və qəsəbələr salınmış, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək erməni işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
     Səyyar qəbulda 10 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün  aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
     Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları  iştirak etmişlər.
     Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə  öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər