Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.

20 yanvar 2019 | 16:00

     20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin  Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətində tərtib edilmiş  tədbirlər planına əsasən 1990-cı il 20 Yanvar tarixinin  Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda  mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar rayonun idarə və müəssisələrində,  kənd icra nümayəndəliklərində anım mərasimlərinin keçirilməsi təşkil edilmiş, Taxta Körpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işlərinin aparılması  təmin olunmuşdur. Həmçinin Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 yanvar 2019-cu il tarixdə qəsəbədəki Şəhidlərin xatirə kompleksi qarşısında  geniş ümumrayon tədbiri keçirilmişdir. Mərasimdə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş,  Şəhidlərin xatirə kompleksi önünə Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli tərəfindən əklil qoyulmaqla ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri tərəfindən abidə ziyarət olunaraq  tər qərənfillər düzülmüş, sonda faciəni özündə əks etdirən “20 Yanvar faciəsi rayon məktəblilərinin gözü ilə” rəsm əsərlərindən ibarət rayonun ümumtəhsil məktəblərinin  şagirdlərinin əl işləri nümayiş olunmuşdur.
     Eyni zamanda tədbirlər planına uyğun olaraq  20 yanvar günü   matəm əlaməti olaraq kənd və qəsəbələrdə, rayonun bütün  idarə və müəssisələrində  dövlət bayraqları endirilmiş, gün ərzində qəsəbə ərazisində matəm musiqisi səsləndirilməklə, saat 12:00-da rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və avtomobillərdən səs siqnallarının verilməsi təmin olunmuşdur.

Keçidlər