Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı çağırışçılar hərbi xidmətə yola salındılar.

04 yanvar 2019 | 16:00

      04 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində “Azərbaycan Respublikası vətəndaşlarının 2019-ci il yanvarın 1-dən 30-dək müddətli  həqiqi   hərbi  xidmətə  çağırılması  və müddətli  həqiqi   hərbi   xidmət  hərbi  qulluqçularının  ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası  Prezidentinin  26 noyabr 2018-ci  il  tarixli Sərəncamının  icrası ilə əlaqədar laçınlı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi keçirilmişdir.
     Tədbirdən əvvəl rayonun ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin rəisi Fərman Məmmədov açıq elan edərək bildirmişdir ki, laçınlı gənclər də böyük ruh yuksəklıyi ilə hərbi xidmətə yola düşür və onlar vətənimizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcəklər. 
     Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, müasir tələblərə cavab verən ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində 11 min hektar ərazimizin işğalçılardan azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 2018-ci il 26 iyun tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da böyük ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamış, çağırışçılara hərbi xidmətlərində uğurlar arzulamışdır.
   Rayonun müvafiq qurumlarının nümayəndələrinin, yeniyetmə və gənclərin,  müharibə veteranlarının, ziyalıların, ictimaiyyətin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə digər çıxış edənlər də Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusu olduğunu xüsusi vurğulamışlar. Tədbirdə iştirak edən çağırışçıların valideyinləri övladlarını hərbi xidmətə yola salmalarından qürur duyduqlarını bildirmiş, bu şərəfli işdə övladlarına uğurlar arzulamışlar.
    Bədii hissə ilə davam etdirilən tədbirdə çağırışçılar musiqi sədaları altında rəqs etmiş, üç rəngli Dövlət Bayrağını öpərək and içmiş, təntənə ilə hərbi hissələrə yola salınmışlar.

Keçidlər