Bakı şəhəri, Qaradağ rayonu “Qurd qapısı” adlanan müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.
28 dekabr 2018-ci il tarixdə günün ikinci yarısında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Qaradağ rayonu “Qurd qapısı” adlanan ərazidə fəaliyyət göstərən Laçın rayon İmanlar kənd tam orta məktəbin binasında laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Görüş səyyar qəbulda 64 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son illərdə olduğu kimi 2018-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi həyatımıza uğurlu il kimi daxil olduğunu bildirərək ölkə iqtisadiyyatının son 15 ildə 3.2 dəfə, qeyri-neft iqtisadiyyatının 2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirdi. Bununla yanaşı ölkə iqtisadiyyatının əsas prioritet sahələrdən biri kimi kənd təsərrüfatının inkişafında 1.7 dəfə artıma nail olunduğu, qeyri-neft ixracatının 4.1 dəfə artdığı vurğulayan rayon rəhbəri 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatlarının 1.8 milyard dollar təşkil etdiyini bildirməklə hazırda bu rəqəmin 46 milyard dollara çatmasını ölkə başçısının uzaqgörən iqtisadi konsepsiyasının nəticəsi olduğunu bildirdi.
Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkə vətəndaşlarının sosial-rifah halının yüksəldilməsi istiqamətində layihələr həta keçirilməklə yanaşı məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 100 – dən artıq müasir yaşayış kompleksləri və qəsəbələrin salınmış, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edildiyini bildirmişdir. Rayon rəhbəri görülmüş bütün bu işlərə görə laçınlı köçkünlər adından ölkə başçısına təşəkkürünü və minnətdarlığını bildirərək, hazırda bu sahədə işlərin davam etdirildiyini də köçkünlərin nəzərinə çatdırdı.
Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri , diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpalarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğuladı.
Səyyar qəbulda 9 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə rəhbərləri həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Ölkə Prezidentinə və Laçın Rayonu İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirmişlər.