Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul Kürdəmir rayonununda keçirilmişdir

21 dekabr 2018 | 16:00

      2018-ci il 21 dekabr tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Kürdəmir rayonunun Peşə Liseyinin yataqxanasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Görüş-səyyar qəbulda 36 nəfər laçınlı köçkün iştirak etmişdir.
      Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin böyük bir inkişaf yolu keçdiyini, iqtisadiyyatın sürətlə inkişaf edərək 2018-ci ilin ötən dövründə   3.2 dəfə,  qeyri-neft sektorunun  2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirdi. Bununla yanaşı  cari ilin ötən dövrü ərzində prioritet sahə kimi kənd təsərrüfatının inkişafında  1.7 dəfə artıma nail olunması ilə, ölkəmizdə  qeyri-neft ixracatının  4.1 dəfə artmasını vurğulayan rayon rəhbəri  2018-ci ildə ölkəmizin valyuta ehtiyatının  45 milyard dollara çatdırılmasını ölkə başçısının uaqgörən iqtisadi siyasətinin nəticəsi olduğunu bildirdi.
      Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər  məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 90-dan artıq müasir yaşayış kompleksi və qəsəbə salınmış, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək erməni işğalı altında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
    Səyyar qəbulda 8 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün  aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
      Qəbulda  Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları  iştirak etmişlər.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşıldığına görə ölkə Prezidentinə və Rayon İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər