Şriftin ölçüsü :

Saytın rəngi :

82 yaşlı Qəribə Həsənovanın arzusu yerinə yetirildi

08 sentyabr 2023 | 15:22

Ölkə Prezidenti cənab  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin avqustun 26-da Laçın rayonunun  Zabux kəndinə  səfəri zamanı kənd sakini , 82 yaşlı Qərbə Həsənova dövlət başçısından  vəfat etmiş oğlu, 1-ci Qarabağ müharibəsi veteranı, mərhum Rövşən Həsənovun ailəsinin də Laçına köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.

           Dövlət başçısının göstərişi ilə Qəribə Həsənovanın gəlini və nəvələrinin Zabuxa köçürülməsi barədə arzusu qısa müddət ərzində yerinə yetirilmişdir. Ailə, Laçın rayonunun  Zabux kəndində  beş otaqlı mənzillə təmin edilərək 2023-cü il sentyabrın 7-də  ata-baba yurduna köçürülmüşdür. Qayğıkeş ölkə  rəhbərinə minnətdar olduqlarını bildirən Həsənovalar ailəsinin indi sevincinin həddi- hüdudu yoxdur.

              28 may 2023-cü ildən başlayaraq Laçına “Böyük Qayıdışla” əlaqədar  Laçın şəhərinə  247 ailə 947 nəfər, rayonun Zabux kəndinə isə 21 ailə 94 nəfər köçürülüb. Köçürmə prosesi mərhələli qaydada davam etməkdədir

Keçidlər