Şriftin ölçüsü :

Saytın rəngi :

22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdur

22 noyabr 2018 | 16:00

   Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli 566 nömrəli Sərəncamı ilə təsis edilmiş 22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günü Laçın rayonundan olan məcburi köçkünlərin  müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur.
    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun ədliyyə işçiləri və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
    İlk öncə tədbir iştirakçıları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini yad etmişlər.
Daha sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilmişdir.
   Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək ədliyyə işçilərinin peşə bayramı münasibətilə rayonun ədliyyə işçilərini təbrik etmiş, onlara işlərində uğurlar arzulamış, qeyd etmişdir ki, bu gün zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 100 il ötür. Rayon rəhbəri qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
   Daha sonra tədbirdə çıxış edən Laçın Rayon Məhkəməsinin sədri Cavad İbrahimov və Laçın Rayon Prokuroru Ceyhun Almasov bir əsr şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulamış, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışmışlar.
    Tədbirin sonunda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi ilə əlaqədar və  22 noyabr - Azərbaycan Respublikasının ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə, Laçın rayonunun məhkəmə və ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə fərqlənmiş bir qrup şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Fəxri Fərmanları ilə təltif edilmişdir.

Keçidlər