Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.

15 noyabr 2018 | 16:00

     2018-ci il 15 noyabr tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Laçın şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Görüş-səyyar qəbulda 65 nəfər laçınlı köçkün iştirak etmişdir.

     Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, cari ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin ölkə başçısı yanında keçirilən iclasında qeyd edilən nailiyyətlərdən ətraflı  söhbət açaraq, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə  ölkənin bütün sahələrində  ciddi inkişafa nail olunduğunu bildirdi. Rayon rəhbəri çıxışında,  xüsusilə onu da vurğuladı ki, hər bir  məcburi köçkünün mənzil-məişət şəraitinin, habelə sosial rifah halının  yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi,  habelə gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Qeyd olundu ki, məhz bunun nəticəsində əvvəlki illərdə olduğu kimi 2018-ci ilin ötən dövrü ərzində də digər məcburi köçkünlərlə yanaşı yüzlərlə laçınlı köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir.

  Daha sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Səyyar qəbulda 13 nəfər  laçınlı köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

 Görüş-səyyar qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.

  Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər