Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Fingə obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir

08 noyabr 2018 | 16:00

 2018-ci il 8 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağcabədi rayonu Taxta Körpü ərazisindəki Fingə obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Laçın rayonunun İslam Quliyev adına Fingə kənd tam orta  məktəbin binasında  görüşü-səyyar qəbulu keçirilmişdir.
  62 nəfər laçınlı məcburi köçkünün qatıldığı görüş-səyyar qəbulda  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Ağa-Əli Əhmədov iştirak etmişdir.
  Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri çıxışında, ölkə üzrə məcburi köçkünlərin xüsusilə  laçınlı köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görüldüyünü yüzlərlə laçınlı köçkün ailəsini yeni mənzillərlə təmin edildiyini qeyd etmiş,  laçınlılar adından ölkə başçısına minnətdarlığını bildirərək,  bu sahədə işlərin davam etdiriləcəyini də görüş iştirakçılarının nəzərinə çatdırmışdır. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri , diplomatiya sahəsindəki uğurları qeyd edərək  işğal altında olan torpaqlarımızın  tezliklə azad ediləcəyinə əminliyini bildirdi.

 

Keçidlər