Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir

26 oktyabr 2018 | 16:00

      2018-ci il 26 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Qaradağ rayonu ərazisindəki “Qobu Park” yaşayış kompleksində  müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə ərazidəki 29 nömrəli Laçın tam orta məktəbinin binasında  görüşü-səyyar qəbulu keçirilmişdir. Görüş səyyar qəbulda  105 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.
     Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son 15 il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin böyük bir inkişaf yolu keçdiyini, iqtisadiyyatın  3.2 dəfə,  qeyri-neft iqtisadiyyatının  2.8 dəfə, sənayedə isə artımın 2.6 dəfəyə çatdığını bildirdi. Bununla yanaşı  ölkə iqtisadiyyatının əsas prioritet sahələrdən biri kimi kənd təsərrüfatının inkişafında  1.7 dəfə artıma nail olunması ilə ölkəmizdə  son 15 il ərzində qeyri-neft ixracatının  4.1 dəfə artmasını vurğulayan rayon rəhbəri  2003-cü ildə  Azərbaycanın valyuta ehtiyatlarının  1.8 milyard dollar təşkil etdiyi bildirməklə hazırda bu rəqəmin 45 milyard dollara çatılmasını ölkə başçısının uaqgörən iqtisadi siyasətinin nəticəsi olduğunu bildirdi.
    Rayon rəhbəri çıxışında xüsusilə onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər  məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülmüş, 90-dan artıq müasir yaşayış kompleksləri və qəsəbələrin salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edildiyini, “Qobu Park” yaşayış kompleksində isə 121 ailə olmaqla 418 nəfər laçınlı köçkün ailəsinin  mənzillə təmin edilməsini minnətdarlıqla qeyd edərək  laçınlılar adından ölkə başçısına təşəkkürünü  bildirməklə,   bu sahədə işlərin davam etdiriləcəyini də köçkünlərin nəzərinə çatdırdı. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurları qeyd edərək erməni işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğuladı.
   Səyyar qəbulda 18 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün  aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə rəhbərləri həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları  iştirak etmişlər.

     Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə  öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər