Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində təbii qaz verilişinin açılışı olmuşdur.

22 oktyabr 2018 | 16:00

    22 oktyabr 2018-ci il tarixdə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində təbii qaz verilişinin açılışı olmuşdur.
    Taxta Körpü qəsəbəsinin mərkəzində təbii qaz verlişinə həsr edilmiş açılış tədbirini giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev qəsəbə sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illər ölkənin hər yerində qaz təhcizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Təbii qaz almayan yaşayış məntəqələrinin sürətlə mavi yanacaqla təmin olunması istiqamətində aparılan işlərin xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət etdiyini bildirən natiq,  54 ailənin təbii qazla təmin olunmasına görə öz adından və bütün rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını  bildirmişdir. Çıxışda eyni zamanda bildirilmişdir ki, qəsəbənin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.
      Tədbirdə    “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev çıxış edərək qəsəbə sakinlərini və tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə  təbrik edərək bildirmişdir ki, qəsəbənin təbii qazla təmin olunması üçün 2000 metr daşıyıcı, 3000 metr məhəllədaxili müxtəlif diametrli qaz xətləri çəkilmiş, 54 ədəd sayğac quraşdırılmış, hər bir abonentə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məişət qazı hədiyyə olunmuşdur. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır.
     Tədbirdə qəsəbə sakinləri  çıxış edərək qəsəbəyə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
       Tədbirin sonunda qəsəbəyə təbii qaz verilişinin rəmzi olan məşəl yandırılmışdır.

Keçidlər