Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bərdə şəhərində keçirilmişdir.

19 oktyabr 2018 | 16:00

2018-ci il 19 oktyabr tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Bərdə şəhəri ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Bərdə şəhərində müvəqqəti fəaliyyət göstərən Laçın Peşə Məktəbində keçirilən görüş-səyyar qəbulda 57 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.

    Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açan natiq qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri çıxışında, xüsusilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, ordu  quruculuğu  istiqamətində görülən işlərdən danışmış, müasir tələblərə cavab verən ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı  olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində 11 min hektar ərazimizin işğalçılardan azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 26 iyun 2018-ci il tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da böyük ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamışdır.

Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər. Səyyar qəbulda 4  nəfər köçkünün müraciətləri  dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Laçın Rayonu İcra Hakimiyyətinin əməkdaşlarına yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər