Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2018-ci ilin 9 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

18 oktyabr 2018 | 16:00

2018-ci il 18 oktyabr   tarixdə  Laçın Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti  nümayəndələrinin  iştirakı ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının  sosial-iqtisadi  inkişafının yekunlarına həsr olunmuş  iclasından irəli gələn  vəzifələrlə əlaqədar Laçın rayonunda  görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş  iclası keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri  tərəfindən  Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin  inzibati binası  qarşısında ucaldılmış büstü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.
          İclası giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir.  Laçın rayonunda  cari  ilin  9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında hazırlanmış məruzədə  Möhtərəm ölkə Prezidentinin  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilmişdir.  Bildirilmişdir ki, respublikanın şəhər və rayonlarında məcburi köçkünlər üçün salınmış yeni qəsəbələr və yaşayış komplekslərində mütəmadi olaraq laçınlı köçkünlər də evlə təmin olunur. Tərtər rayonunda tikilib istifadəyə verilmiş 1170 ailəlik yeni yaşayış kompleksində 170, ”Qobu Park” yaşayış kompleksində 96  laçınlı ailəsinə yeni mənzil verilmiş, bu yaşayış komplekslərində  4 məktəb və bir tibb məntəqəmiz yeni müasir bina və avadanlıqlarla təmin olunmuşdur. Taxta körpü ərazisində 645 evin tikintisi üçün  qəsəbələrin yerinə baxış keçirilmiş, aidiyyəti təşkilatların müvafiq rəyi alınmış, qəsəbələrin layihə smeta sənədləri hazırlanmışdır. Təsdiq olunmuş layihələrə əsasən   Vağazin obasında 256 ailə, Qarakeçdi obasında 245  ailə, Şeylanlı  obasında 144 ailə olmaqla, cəmi 645 ailə üçün bütün infrastruktura malik yeni qəsəbələrin tikintisinə başlanacaqdır. Həmçinin məruzədə bildirilmişdir ki, 2018-ci ilin əvvəlindən qarşıya qoyulmuş vəzifələr günün tələbləri səviyyəsində yerinə yetirilmişdir. Belə ki, vətəndaşların qəbulu və müraciətlərinin dinlənməsi ön plana çəkilmiş, rayon rəhbərinin məcburi köçkünlərlə səyyar qəbul-görüşləri qrafikə uyğun şəkildə keçirilmişdir. Cari ilin doqquz ayında əhalimizin daha sıx şəkildə müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda 30 səyyar qəbul keçirilmiş,  2225 nəfərin iştirakı ilə keçirilən bu görüşlərdə 257 nəfərin  müraciəti dinlənilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında  2605 nəfər sakin qəbul olunmuş, qaldırılan məsələlər  bir daha təhlil olunaraq, yerlərdə həlli mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə müəssisə və təşkilatlara tapşırıqlar verilmişdir.
Həmçinin bildirilmişdir ki, Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin fasiləsiz normal  elektrik enerjisi ilə təminatının yaxşılaşdırmaq məqsədilə 10 və  0.4 kvt-lıq elektrik verilişi xətləri  cari  təmir edilmiş, 11 350 metr naqil yenisi ilə əvəz edilmişdir. Qayğı qəsəbəsində, Vağazin, Qarakeçdi, Şeylanlı,  Fingə, Ağbulaq, Ərdəşəvi, Arduşlu, Nurəddin obalarında istismar müddətini başa vurmuş 254 ədəd dayaq dəyişdirilmiş,Qoşasu, Qarakeçdi,Cağazur obasında 63 kvt-lıq, Vağazin, Hacılar, Əhmədli, Malıbəy obalarında 100 kvt-lıq,Fingə, Şeylanlı obalarında 160 kvt, Qarıqışlaq, Alxaslı obalarında 250 kvt-luq cəmi 10 ədəd  transformator yenisi ilə əvəz edilmişdir. 35 ədəd müxtəlif gücə malik transformatorlar cari təmir edilmişdir.
Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Mişni  nasos stansiyasında təmir işləri aparılmış,  37 ailəlik qəsəbədə 900 p/m və 21 ailəlik qəsəbədə 150 p/m   korroziyaya uğramış metal borular dəyişdirilərək, 1050  p/m  diametri 110 mm olan polipropilen  boru xətti çəkilmişdir. Mişni-Mayis, Taxta Körpü - Qarakeçdi, Kür çayı - Mişni  magistral su xətlərində müxtəlif diametrlərdə olan boru xətlərinin  60 p/m, obalarda və qəsəbələrdə daxili su xətlərinin 259 p/m hissəsi  yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə  Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailə 977 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün   modul tipli sutəmizləyici qurğular quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir.
Şura iclasında Rayon Rabitə Qovşağının, Rayon Vergilər İdarəsinin rəhbərləri, eyni zamanda Rayon İcra Hakimiyyəti başçısının Fərraş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış etmişdir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən, Taxtakörpü ərazisində qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdəndir.
İclasda müzakirə olunan məsələlərlə  bağlı müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər