Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçirilmişdir.

12 oktyabr 2018 | 16:00

    2018-ci il 12 oktyabr tarixdə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində  “Pirşağı” istirahət zonasında mərasim evində təşkil edilmiş həmin   görüş-səyyar qəbulda 60 nəfər laçınlı köçkün iştirak etmişdir.
    Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, cari ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin ölkə başçısı yanında keçirilən iclasında qeyd edilən nailiyyətlərdən ətraflı  söhbət açaraq, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə  ölkənin bütün sahələrində  ciddi inkişafa nail olunduğunu bildirdi. Rayon rəhbəri çıxışında,  xüsusilə onu da vurğuladı ki, hər bir  məcburi köçkünün mənzil-məişət şəraitinin, habelə sosial rifah halının  yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi,  habelə gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Qeyd olundu ki, məhz bunun nəticəsində əvvəlki illərdə olduğu kimi 2018-ci ilin ötən dövrü ərzində də digər məcburi köçkünlərlə yanaşı yüzlərlə laçınlı köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir.
   Görüşdə çıxış edənlər ərazidəki  köçkünlərin həyat şəraiti barədə məlumat vermiş, mütəmadi olaraq məcburi köçkünlərlə keçirdiyi görüşə və onların qaldırdıqları məsələlərin həllində yardımçı olduğuna görə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə  təşəkkürlərini bildirərək, istirahət zonasında 25 ildən çox fəaliyyət göstərən mərasim evinin təmir olunmasına və lazımi avadanlıqların alınmasına köməkdarlıq edilməsini, həmçinin ərazidə fəaliyyət göstərən şəhid Laçın rayonunun Zabux kənd  tam orta məktəbinin yeni tikiləcək qəsəbədə fəaliyyət göstərməsinə köməklik olunmasını xahiş etmişlər. Laçınlı məcburi köçkün Famil İsmayılovun mərasim evinin təmiri barədə irəli sürdüyü təkliflə bağlı məsələ yerindəcə həll edilmişdir.
    Görüş - səyyar qəbulda 12 nəfər  laçınlı köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Laçın Rayonu İcra Hakimiyyətinin əməkdaşlarına  və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

Keçidlər