Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir
05.10.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Nurəddin obasında müvəqqəti məskunlaşmış Fərraş və Arduşlu nümayəndəliklərinin sakinləri ilə görüşü-səyyar qəbulu keçirilmişdir. Həmin ərazidə fəaliyyət göstərən Laçın rayonunun Nurəddin kənd tam orta məktəbində keçirilən görüş-səyyar qəbulda 52 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir. Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri çıxışında, ölkə üzrə məcburi köçkünlərin xüsusilə laçınlı köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görüldüyünü yüzlərlə laçınlı köçkün ailəsini yeni mənzillərlə təmin edildiyini bildirərək laçınlılar adından ölkə başçısına minnətdarlığını bildirərək, bu sahədə işlərin davam etdiriləcəyini də köçkünlərin nəzərinə çatdırdı. Rayon İcra Hakimiyyəti başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri , diplomatiya sahəsindəki uğurları qeyd edərək ilə erməni işğalında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini bildirdi.
Görüş səyyar-qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısının Fərraş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ərazidə məskunlaşmış sakinlər həmçinin Rayon İcra hakimiyyətinin köməkliyi ilə görülmüş işlər barədə məlumat verdi. Səyyar qəbulda 8 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Rayon Polis şöbəsinin rəisi, rayonun xidmət təşkilatlarının rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Ölkə rəhbərinə və Laçın Rayonu İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirmişlər.