Laçın Rayon Fövqəladə Hallar Komissiyası və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi ilə birgə fövqəladə hadisələrlə əlaqədar əhalinin maarifləndirilməsi ilə bağlı tədbir keçirilmişdir.
27 dekabr 2012-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətində Laçın Rayon Fövqəladə Hallar Komissiyası və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi ilə birgə fövqəladə hadisələrlə əlaqədar əhalinin maarifləndirilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Qarabağ Regional Mərkəzin əməkdaşları, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti idarə, müəssisə rəhbərləri, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, sahə müvəkilləri, Dünyaya Baxış Beynəlxalq Humanitar Təşkilatının Mingəçevir ofisinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlham Quluyev açaraq Ağcabədi rayonunun Taxta körpü ərazisində məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə texnogen xarakterli fövqəladə hadisələrin baş verməməsi üçün mütəmadi olaraq maarifləndirmə tədbirlərinin görüldüyü haqqında geniş məlumat vermişdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Ruslan Zeynalov “Kənd yaşayış məntəqələrində texnogen qəzalar və onların xəbərdar edilməsi qaydaları. Yeni il şənlikləri zamanı pirotexniki vasitələrdən istifadə-insan həyatı və sağlamlığı üçün təhlükəlidir” və Mərkəzin Operativ Məlumat Şöbəsinin baş zabiti Elnur Məhərrəmov “2011-ci il və 2012-ci ilin 9 ayı ərzində respublika ərazisində baş vermiş texnogen xarakterli fövqəladə halların statistikası ” mövzuları ilə çıxış etmişlər.