Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir.
31.08.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Həmin ərazidə keçirilən görüş-səyyar qəbulda 75 nəfər laçınlı məcburi köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Xüsusilə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsini Dövlət başçısı cənab İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gündəlik diqqət mərkəzlərində olduğu, bu istiqamətdə əvvəlki illərdə olduğu kimi cari ildə də daha çox ciddi ehtiyacı olan köçkünlər yeni mənzillərlə təmin edilmiş bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.
Səyyar görüş-qəbul zamanı 18 nəfər laçınlı köçkün müraciət edərək onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciət etmişlər. Müraciət edənlər əsasən ərazidə fəaliyyət göstərən Laçın rayon Çorman kənd ümumi orta məktəbin əsaslı təmir olunmasına, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına, işlə təmin olunma, vahid aylıq müavinətin bərpası və digər məsələlərlə bağlı köməklik olunmasını xahiş etmişlər.
Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti üzrə idarə, müəssisə rəhbərləri və müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda iştirak edən rayon sakinləri təşkil edilmiş görüşə və onların müraciətlərinə həssaslıqla yanaşdığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.