Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ – 3” layihəsinin icrası Laçın rayonunda da uğurla həyata keçirilmişdir.

04 avqust 2018 | 16:00

04 avqust 2018-ci il tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının  inzibati binasının konfrans zalında “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ – 3” layihəsinin icrası məqsədilə tədbirin keçirilməsi təmin olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı  Cabir Əvəzzadə Qarabağın azadlığı uğrunda istər diplomatik sahədə, istər mədəni sahədə, istər ideoloji sahədə əsası Ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizənin, məhz bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq, bildirmişdir ki, bu sahədə dövlət tərəfindən mütəmadi maarifləndirmə işləri olduqca təqdirəlayiq bir formada aparılır. Natiq eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, müasir tələblərə cavab verən ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində 11 min hektar ərazimizin işğalçılardan azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 2018-ci il 26 iyun tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da böyük ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamışdır.
Layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli layihənin məqsədi barədə məlumat verərək bildirmişdir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və ötən ilin aprel savaşından sonra ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır. Natiq, tədbirdə nümayiş etdirdikləri müxtəlif yazıçıların kitablarından danışaraq bildirmişdir ki, yazıçılar bu mübarizədə dayanmadan çalışırlar.
Tədbirdə iştirak edən qonaqlar – şair-bəstəkar Şahin Musaoğlu, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqar Türkoğlu, yazıçı Aləm Kəngərli çıxış edərək Qarabağ mövzusunda qələmləri ilə, sözləri ilə apardıqları mübarizənin qələbə ilə nəticələnəcəyinə qəti əminliklərini bildirmişlər.
Çıxış edən digər tədbir iştirakçıları da  ermənilərin xalqımıza qarşı zaman-zaman  törətdikləri vandalizm hərəkətlərini pisləyərək, bildirmişlər ki, bu gün Azərbaycanın istər ideoloji sahədə, istərsə də hərbi sahədə günü-gündən artan qüdrəti tezliklə öz bəhrəsini verəcək, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim yurd yerlərini düşmənlərdən azad edəcək və Azərbaycan ziyalıları ən möhtəşəm əsərlərini torpaqlarımızın işğaldan azad olunmasına həsr edəcəklər.

Keçidlər