Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon Baytarlıq İdarəsinin həkimləri tərəfindən Daşkəsən rayonu ərazisindəki yaylaqlarda laçınlı məcburi köçkünlərin şəxsi təsərrüfatında olan iri və xırdabuynuzlu heyvanlara zoobaytar xidmət göstərilmişdir.

13 iyul 2018 | 16:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin tapşırığına uyğun olaraq, 13 iyul 2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Aslan Abbasov, Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Sahib Quliyev və Laçın Rayon Baytarlıq İdarəsinin ixtisaslı baytar həkimlərindən ibarət səyyar həkim briqadası Daşkəsən rayonu ərazisində olmuşlar. Səyyar baytar həkim briqadası tərəfindən mövsümlə əlaqədar olaraq, 123 ailənin şəxsi heyvandarlıq təsərrüfatlarını saxlamaq üçün köçdükləri Daşkəsən rayonunun ərazisində, yaylaqlarda müvəqqəti məskunlaşmış rayon sakinləri ilə görüş keçirmiş, onların mal-qara və davarlarına zoobaytar xidmət göstərilmişdir.

Yay mövsümü ilə əlaqədar yaylaqlarda görüşlərin keçirilməsi və səyyar baytar həkim briqadası tərəfindən təsərrüfatlarda olan mal-qaraya göstərilən zoobaytar xidmətlər laçınlı məcburi köçkünlər tərəfindən yüksək razılıqla qarşılanmışdır. Məcburi köçkünlər onlara göstərilən bu diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Belə tədbirlərin mövsüm ərzində davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər