Şriftin ölçüsü :

Saytın rəngi :

Daşkəsən rayonu ərazisində yaylaqlarda olan laçınlı məcburi köçkünlərə səyyar həkim briqadası tərəfindən tibbi xidmət göstərilmişdir.

13 iyul 2018 | 16:00

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin tapşırığına uyğun olaraq, 13 iyul 2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Aslan Abbasov, Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadova və rayonun ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadası laçınlı məcburi köçkünlərin şəxsi təsərrüfatlarını saxlamaq üçün mövsümü köçdükləri Daşkəsən rayonu ərazisində olmuş, məcburi köçkünlərlə görüşmüşlər. Səyyar həkim briqadası təcili tibbi yardım maşını, zəruri dərman və sarğı materialları ilə təchiz edilmişdir.

Daşkəsən rayonu ərazisindəki yaylaqlarda təşkil olunmuş səyyar tibbi müayinələr zamanı əhaliyə ambulator tibbi xidmət göstərilmiş, onlara müvafiq müalicə təyin edilərək, digərlərinə sağlamlıqlarında yaranmış müxtəlif problemlərlə əlaqədar aidiyyəti səhiyyə müəssisələrinə müraciət etmələri üçün tövsiyələr verilmişdir. Həkimlər tərəfindən qocaların və ev şəraitində xəstə vəziyyətdə olan insanların tibbi müayinəsinə xüsusi diqqət yetirilmişdir. Səyyar həkim briqadası tərəfindən göstərilən tibbi xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmaqla, bu qayğıya görə onlar rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Həkim briqadası tərəfindən belə tədbirlərin mütəmadi davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər