Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Zaqatala rayonunda keçirilmişdir.

06 iyul 2018 | 16:00

06.07.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Zaqatala və Balakən rayonlarında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Zaqatala şəhərində görüşü-səyyar qəbulu keçirilmişdir. 56 nəfər laçınlı köçkünün iştirak etdiyi görüş-səyyar qəbul Zaqatala rayonu ərazisindəki köçkün qəsəbəsində Ağdam məktəbində keçirilmişdir.

Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır. Rayon rəhbəri çıxışında, xüsusilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, müasir tələblərə cavab verən ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq cari ilin may ayında da Naxçıvan istiqamətində 11 min hektar ərazilərimizi işğalçılardan azad etməsini, Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 26 iyun 2018-ci il tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da böyük ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamışdır. Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli çıxışında onu da vurğuladı ki, hər bir köçkünün mənzil-məişət şəraitinin, habelə rifah halının yaxşılaşdırılması, habelə gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Qeyd olundu ki, məhz bunun nəticəsində əvvəlki illərdə olduğu kimi 2018-ci ilin ötən dövrü ərzində də digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir.

Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin “Dövlətqaçqınkom”un Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi Vidadi Hacıyev iştirak etmişlər. Səyyar qəbulda 7 nəfər köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Laçın Rayonu İcra Hakimiyyətinin əməkdaşlarına və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə həssaslıqla yanaşıldığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər

Keçidlər