Şriftin ölçüsü :

Saytın rəngi :

2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə bağlı tədbir keçirilmişdir.

02 iyul 2018 | 16:00

    2018-ci il 2 iyul tarixdə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.
      Tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdikdən sonra Taxta Körpü qəsəbəsindəki laçınlı şəhidlərin, həmçinin Laçın Rayon Polis şöbəsinin şəhidlərinin xatirəsinə ucaldılmış xatirə komplekslərini ziyarət etmişlər.
     Rayonun şəhid ailələrinin də qatıldığı tədbiri Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  açaraq, bu sahədə çalışan hər bir kəsi Azərbaycan polisinin yaradılmasının 100 illiyi, eyni zamanda 2 iyul - Polis işçilərinin peşə bayramı günü münasibətilə təbrik etmişdir. Natiq bildirmişdir ki, Ümummilli  liderimiz Heydər Əliyev daim xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edən, asayişin və təhlükəsizliyin mühafizəsini təmin edən, sabitliyi və əmin-amanlığı qoruyan, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirən Azərbaycan Polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Məhz bu sahəyə olan diqqətin nəticəsidir ki,  Ümummilli Lider  Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmanla hər il iyul ayının 2-si "Azərbaycan polisi günü" kimi qeyd olunur. Bu diqqət və qayğı bu gün də Ulu Öndərin layiqli davamçısı olan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışda həmçinin bildirilmişdir ki, Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibət ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əsədov Adil Əsəd oğlu Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 
     Tədbirdə Laçın Rayon Polis şöbəsinin rəisi Adil Əsədov çıxış edərək, bu gün hər bir vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən   Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını 2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik etmiş, bütün polislərə ən xoş arzularla öz təbriklərini çatdırmışdır. “İgidliyə görə” medalı ilə təltif olunmağına görə Ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdar olduğunu bildirən Laçın Rayon Polis şöbəsinin rəisi Adil Əsədov, onun əməyinə verilən qiymətin əslində bütün şöbə əməkdaşlarının əməyinə verilən qiymət olduğunu bildirmişdir. Çıxış zamanı həmçinin vurğulanmışdır ki, onlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək, dövlətimiz və dövlətçiliyimiz üçün əllərindən gələni əsirgəməyəcəklər.

Keçidlər