Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir

28 iyun 2018 | 16:00

    28.06.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Xaçmaz rayonunda  müvəqqəti məskunlaşmış laçınlı  məcburi köçkünlərlə həmin rayonun Nabran qəsəbəsində görüşü-səyyar qəbulu keçirilmişdir. 42 nəfər laçınlı köçkünün  iştirak etdiyi görüş-səyyar qəbul Xaçmaz rayonunun Nabran qəsəbəsindəki Xəzər istirahət mərkəzində açıq sahədə keçirilmişdir.

      Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış,  ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.
Rayon rəhbəri çıxışında, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin hərtərəfli inkişafına nəzər salaraq, xüsusilə ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, ordumuzun işğalçılara qarşı 2016-cı ilin aprel döyüşlərinin davamı olaraq  cari ilin may ayında da Naxçıvan istiqamətində zəbt edilmiş 11 min hektar  ərazilərimizi azad etməsini,  Milli Ordumuzun yaranmasının 100 iliyi münasibəti ilə 26 iyun 2018-ci il tarixdə keçirilən möhtəşəm paradın ölkə vətəndaşları kimi laçınlılarda da ruh yüksəkliyi yaratdığını, tezliklə ata-baba yurdlarına dönəcəklərinə inam hissini daha da artırdığını vurğulamışdır. O, çıxışında  məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin, habelə rifah hallarının  yaxşılaşdırılmasının,  gündəlik qayğılarının daim ölkə başçısı cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu bildirməklə əvvəlki illərdə olduğu kimi 2018-ci ilin ötən dövrü ərzində də yüzlərlə laçınlı məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edildiyini,  bu prosesin davamlı olacağını bildirərək, köçkünlərə ödənilən vahid aylıq müavinətin mütəmadi olaraq artırıldığını bildirdi.

      Qəbulda Laçın Rayon prokuroru Ceyhun Almasov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 5  nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin əməkdaşlarına  və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

    Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər