Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya əsrin bəlasıdır ” mövzusunda tədbir keçirilmişdir

25 iyun 2018 | 16:00

    2018-ci il 25 iyun tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlası” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
     Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı,  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Laçın rayon komissiyasının məsul katibi Cabir Əvəzzadə ölkəmizdə gənc nəslin sağlam şəkildə böyüməsi üçün Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eyni zamanda yayılmasına qarşı əsası Ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizənin, məhz bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq, bildirmişdir ki, bu sahədə dövlət tərəfindən mütəmadi maarifləndirmə işləri olduqca təqdirəlayiq bir formada aparılır. Natiq eyni zamanda bildirmişdir ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun tarixi “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulduğundan, eyni zamanda  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq 26 iyun tarixinin ölkəmizdə də “Narkotiklərlə Mübarizə Günü” kimi qeyd olunması ənənə halını almışdır.
    Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı  aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yasin Həsənov  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında digər çıxış edənlər də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vahid dövlət sistemi çərçivəsində həyata keçirilən tədbirlərin bütün ölkə vətəndaşları tərəfindən razılıqla qarşılandığını, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin çox təqdirəlayiq bir iş olduğunu bildirmişlər.
    Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, qəsəbə ərazisində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Keçidlər