Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı dövlət qulluqçuları öz peşə bayramlarını qeyd etdilər.

22 iyun 2018 | 16:00

    2018-ci il 22 iyun tarixdə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
      Laçın rayonundan olan dövlət qulluqçuları ilk öncə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə gül dəstələri qoyaraq Ulu öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər.
       Tədbiri giriş sözü ilə açan Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonda dövlət qulluğu sahəsində işləyən bütün dövlət qulluqçularını bu peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulamışdır. O,  çıxışında ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir dövlətçiliyimizin əsaslarının yaradıldığını bildirmişdir. Eyni zamanda Azərbaycanda dövlət quruculuğu və idarəçiliyi istiqamətində həyata keçirilən islahatlardan ətraflı məlumat verən rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə edilən nailiyyətlərdən danışmış, həmçinin ölkə başçısının dövlət qulluqçularına olan hərtərəfli diqqət və qayğısının nəticəsi olaraq 2006-cı ildən ölkəmizdə “23 iyun - Dövlət Qulluqçularının Peşə bayramı Günü”nun təntənəli surətdə qeyd edildiyini və bu günün hər bir dövlət qulluqçusunun həyatına ən əlamətdar hadisə kimi daxil olduğunu vurğulanmışdır. O, qeyd etmişdir ki, hər il mütəmadi olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə dövlət qulluqçularının əməyi qiymətləndirilir, onlar müxtəlif orden, medal və fəxri adlarla təltif edilirlər.
     Tədbirdə çıxış edən dövlət qulluqçuları onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
      Sonda bir qrup dövlət qulluqçularına Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmiş və sonda  xatirə şəkli çəkdirilmişdir.

Keçidlər