Laçınlı məcburi köçkünlər 1 tondan çox barama təhvil veriblər.
19 iyun 2018 | 16:00
Bu il ilk dəfə olaraq, ipəkqurdu bəsləyən Ağcabədi rayonunun Taxta Körpü ərazisində müvəqqəti məskunlaşan laçınlı məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar.
Belə ki, laçınlı məcburi köçkün ailələr Taxta Körpü ərazisindəki obalarda bu il 26 qutu (494 qram) ipəkqurdu toxumu bəsləyiblər.
Tədarük edilən 1 ton 67 kiloqram barama “Azəripək” MMC-yə təhvil verilib.