Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul Bakının Binəqədi rayonunda keçirilmişdir.
2018-ci il 13 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Binəqədi rayonu , Biləcəri qəsəbəsində fəaliyyət göstərən 13 nömrəli Laçın tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. Görüşdə 94 nəfər iştirak etmişdir.
Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək məcburi köçkünləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğısından, ölkəmizdə qazanılan uğurlardan, eləcədə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Görüşdə çıxış edənlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra təşkil edilmiş səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərlə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda iştirak edən məcburi köçkünlər onlarla təşkil edilmiş davamlı görüşlərə və onların müraciətlərini mütəmadi olaraq yerdə dinlədiyinə görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər