Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul Tərtərdə keçirilmişdir.

07 iyun 2018 | 16:00

2018-ci il 7 iyun tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Tərtər rayonunun Şıxarx-2 məcburi köçkünlər qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Çaylı ümumi orta məktəbində, həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir. Görüşdə 114 nəfər iştirak etmişdir.

Görüşdə Tərtər Rayonu İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov, Laçın Rayon prokuroru Ceyhun Almasov, Laçın Rayon Polis Şöbəsinin rəisi Adil Əsədov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov, Laçın Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Güllü İbadova, Laçın Rayon İcra Hakimiyyəti başçısının Hacıxanlı, Şamkənd, Qarabəyli, Qorçu, Sonasar kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işçiləri iştirak etmişlər.

Görüşdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək məcburi köçkünləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcədə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır.

Sonra Laçın rayonunun Çaylı ümumi orta məktəbin direktoru Səhliyalı İsgəndərov məktəbin fəaliyyəti barədə rayon rəhbərinə ətraflı məlumat vermişdir.

Görüşdə çıxış edənlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra təşkil edilmiş səyyar qəbulda 8 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərlə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Səyyar qəbulda iştirak edən məcburi köçkünlər təşkil edilmiş görüşə və onların müraciətlərini yerdə dinlədiyinə görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Görüş-səyyar qəbul başa çatdıqdan sonra Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Tərtər rayonunun Şıxarx-2 məcburi köçkünlər qəsəbəsində istifadəyə verilmiş Laçın Rayon Mərkəzi Xəstəxanasının tibb məntəqəsinə baş çəkmiş, orada yaradılmış şəraitlə yaxından tanış olmuşdur. Tibb işçiləri qəsəbədə yeni tibb məntəqəsinin tikintisinə və lazımi avadanlıqlarla təchiz edilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə tükənməz minnətdarlıq ifadə etmişlər.

Keçidlər