Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Hacılar obasında keçirilmişdir

14 noyabr 2012 | 16:00

13 noyabr 2012-ci il tarixdə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonu, Taxta-körpü ərazisində Hacılar obasında Laçın rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayonun idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişlər.
Səyyar qəbulda 75 nəfər kənd sakini iştirak etmişdir. Qəbul zamanı 11 nəfər Hacılar kənd sakini işlə təmin olunmaq, fərdi təsərrüfatları üçün torpaq sahəsinin ayrılması, obada əkin sahələrinin suvarılması üçün təsərrüfat suyunun tənzimlənməsi, habelə Hacılar kənd orta məktəbinə kimya, biologiya, coğrafiya və digər fənlər üzrə ixtisaslı müəllimlərin təyin olunmasına köməklik göstərilməsi eyni zamanda bəzi sakinlər respublikanın ixtisaslı tibb müəssisələrində müalicə olunmaq üçün onlara köməklik olunması barədə müraciət etmişlər.
Vətəndaşların müraciətlərinə müvafiq izahat verilmiş, həlli rayon səviyyəsində mümkün olan məsələlərin icrası üçün aidiyyəti idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verilmiş, konkret vaxt təyin edilərək rayon İcra Hakimiyyətinin nəzarətinə götürülmüşdür.
Bununla yanaşı səyyar qəbul zamanı vətəndaşların yaşayış evləri və digər məsələlərlə bağlı müraciətlərinə isə Dövlət Proqramına uyğun yaxın vaxtlarda müvafiq işlər görüləcəyi barədə onlara lazımi izahat verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulunda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev iştirak etmişdir.
 

Keçidlər